Sumqayıt şəhər sakini Şərabanı Sadıxova tanışı tərəfindən dələduzluğa məruz qalıb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, o, bununla bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib. Araşdırmalarla dələduzluq edən şəxsin Bakı şəhər sakini Fikrət Məmmədov olduğu müəyyənləşib.
Məlum olub ki, F. Məmmədov zərərçəkmişə əlilliyi ilə əlaqədar sosial evlərin satışı zamanı güzəştli şərtlərlə mənzil alacağını, bütün lazımi məsələləri həll edəcəyini yalan vəd verərək 15500 manatını mənimsəyib. Saxlanılan şəxs dindirilmə zamanı əməlini etiraf edib və peşmançılıq hissi keçirdiyini bildirib.
Şöbə əməkdaşları tərəfindən zərərçəkmişə dəymiş maddi ziyan tam ödətdirilib.
Təqsirləndirilən F.Məmmədov barəsində toplanmış materiallar rayon Prokurorluğuna göndərilib.