SOS: Heroin və "Fentanil"ə qatılan heyvan dərmanı insanı "zombiləşdirir" - FOTO

Meksika opioidlərdəki sedativ preparat olan "zombi dərmanı" ilə bağlı həyəcan təbili çalır. 

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Meksikanın ictimai səhiyyə rəsmiləri, ölkənin ABŞ ilə şimal-qərb sərhədində yerləşən şəhərlərində opioidlərdə "Ksilazin" adlı heyvan trankvilizatorunun olduğunu aşkar etdikdən sonra həyəcan təbili çalır. Trankvilizator heyvanlarda tətbiq olunan sakitləşdiricidir və insanlar üçün ölümcül təsir göstərir. 
Heroin və fentanilə qatılan "trankvilizator" və "zombi narkotiki" kimi tanınan "Ksilazin" son illərdə ABŞ-ın Filadelfiya kimi şəhərlərində opioid bəlasını daha da kəskinləşdirib.
Aprelin 8-də Meksikanın səhiyyə nazirliyi psixi sağlamlıq və narkomaniya komissiyası ilə birgə "Meksika ilə sərhəd şəhərlərində tibb işçiləri və təcili tibbi yardım qruplarına "heroin və fentanilin Xylazine ilə saxtalaşdırılması ehtimalı" barədə xəbərdarlıq etdi.
Ksilazin narkotik yox, heyvan sakitləşdiricisi olduğu üçün narkotikin doza həddinin aşılması halında müalicəni təsirsiz edə bilər və narkotiklə ölümcül zəhərlənmə riskini artıra, eyni zamanda həyati təhlükə yarada bilən ağır dəri abseslərinə səbəb ola bilir.

**

Stopnarkotik.az