SOS! Belçikada narkokriminala qarşı hərbi rejim elan edildi

Belçikanın paytaxtında narkotik bandaları arasında atışmaların sayının artması ilə əlaqədar Brüsseldə hərbi patrul rejimi tətbiq edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Belçika Daxili İşlər Nazirliyi bildirib.

Eyni zamanda, nazirlik həmçinin cinayətlərin ən çox baş verdiyi ərazilərdə 20 milyon avro dəyərində videokameraların quraşdırılmasına qərar verib.

 "Hərbçilərin və polisin birgə patrulları ilk növbədə narkoticarətdən ən çox zərər çəkən Brüsselin mərkəzinə yerləşdiriləcək", deyə nazir açıqlamasında bildirib. Onu müdafiə naziri Teo Franken tam dəstəkləyib.

Daxili İşlər Nazirliyi həmçinin şəhərin narkotik və silah alverinin çiçəkləndiyi ən problemli ərazilərində yeni videokameraların quraşdırılması üçün 20 milyon avro ayıracağına söz verib.

Son iki ildə Brüsseldə kriminal vəziyyət kəskin şəkildə pisləşib, həftədə bir neçə dəfə atışmalar baş verir, paytaxt küçələrində oğurluq və zorakılıq halları kəskin artıb. Ötən ay Brüssel prokuroru Julien Moinil demişdi ki, bu il 57 atışma olub, onlardan 20-si yayda olub. Hərbi patrullar ilk dəfə Brüssel küçələrində 2016-cı ildə Brüssel hava limanı və metrosuna edilən hücumlardan sonra peyda olublar. 

Stopnarkotik.az