Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 20 nəfər (15 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 11 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 9 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
***15:43
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kənd orta məktəbində baş verib.
İlkin məlumata görə, 11 şagird və 2 əməkdaşın məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.