SON DƏQİQƏ! Düşmən mövqelərimizi artilleriya atəşinə tutur

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.