SON DƏQİQƏ! Azərbaycanda xəbər saytları çökdü - YENİLƏNİB - 6

İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında problemin bulud texnologiyasında genişmiqyaslı nasazlıqla bağlı olduğunu yazıb:

“Cloudflare” çöküb – bir çox saytlar, o cümlədən Azərbaycan resursları açılmır. Bu gün “Cloudflare”in qlobal infrastrukturu üzrə genişmiqyaslı nasazlıq baş verib. “Cloudflare”in xidmətlərində yaranan problem nəticəsində dünyanın müxtəlif ölkələrində çoxlu sayda saytlar açılmır, "Cloudflare Error" tipli xətalar görünür. “Cloudflare” üzərindən işləyən bir çox Azərbaycan saytları da eyni səbəbdən açılmır və səhv mesajları göstərir. Saytların özündə , serverlərdə problem yoxdur – trafik “Cloudflare”dən keçmədiyi üçün müvəqqəti əlçatmaz görünürlər. “Cloudflare” qlobal miqyasda kəsintini aradan qaldırmaq üzərində işləyir. Problemin qısa zamanda həll olunacağı gözlənilir”.

*** 16:16

Stopnarkotik.az xəbər verir ki, hazırda əksər saytlara giriş yenidən bərpa olunsa da, bəzilərinin yenilənməsində problem olduğu görünür. Aidiyyəti qurumlar hələ də problemlə bağlı heç bir açıqlama verməyiblər.

*** 16:08

Fəaliyyəti iflic edilən saytların siyahısı genişlənir.

Belə ki, getdikcə daha çox saytlara giriş mümkün olmur.

*** 16:02

Hazırda bütün saytlara giriş yenidən məhdudlaşdırılıb.

*** 15:58

Aidiyyəti rəsmi qurumlar ölkədə əksər saytların eyni anda çökməsi ilə bağlı hələ heç bir rəsmi məlumat verməyiblər.

*** 15:54

Qeyd edək ki, bəzi saytlara giriş bərpa olunsa da, çox sayda saytın fəaliyyətində hələ də problem mövcuddur. 

*** 15:44

Azərbaycanda xəbər saytları çökdü.

Stopnarkotik.az xəbər verir ki, hazırda ölkəmizdə nüfuzlu dövlət agentliklərinin saytlatrı ilə yanaşı, bir çox saytlara daxil olmaq mümkün deyil. 

Bunlardan azertag.az, apa.az, report.az, trend.az, hurriyyet.az, musavat.com, qafqazinfo.az, modern.az, oxu.az, bakupost.az, teleqraf.az, bizim.media, banker.az, azpolitika.info, publika.az, globalinfo.az və s. çox sayda digər saytları misal göstərə bilərik.

Əlavə məlumat veriləcək.