"İraqın İslam Müqaviməti" şiə hərəkatı son əsgəri İraqdan çıxana qədər ölkədəki ABŞ qüvvələrinə qarşı əməliyyatları davam etdirəcək.
Bu barədə RİA Novosti məlumat yayıb.
Bundan əlavə, İraq qrupları cümə günü 11 əməliyyat keçirdiklərini, Suriya və İraqdakı ABŞ bazalarına onlarla raket və PUA ilə hücum etdiklərini bildiriblər.