Ukraynada İrina Farionun ölümünə görə, rusiyalı teleaparıcı Vladimir Solovyovun qətli üçün pul toplayırlar.
Stopnarkotik.az xəbər verir ki, “Avroviziya”mahnı yarışmasında Rusiyanı təmsil edən müğənni Anastasiya Prixodkonun qardaşı Nazar Prixodko sosial şəbəkələrdə kompaniyaya başlayıb.
O, V.Solovyovu öldürmək üçün killer tutmaq istəyir.
Prixodkonun sözlərinə görə, hədəfləri jurnalist V.Solovyov və ya Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də ola bilər.
"İrina moskvalılar tərəfindən öldürüldü. Onlardan birini yıxmaq lazımdır. Qoy 10 milyon dollar olsun, biz onları öldürəcəyik”, - deyə Prixodko yazıb.