Fevralın 10-da və 11-də ümumi çəkisi 4,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bu istiqamətdə polis əməkdaşlarının keçirdikləri qətiyyətli mübarizə tədbirləri davam etdirilir.