Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.
Stopnarkotik.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mersedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "Kamaz" markalı yük maşınının qoşqusuna çırpılıb.
Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Şəmkir rayonunda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Hadisə Bakı–Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində - Dəllər-Cəyir kəndində qeydə alınıb.
Qəzada ölənlər:
Şəadət Bayramov (1992)
Bəsti Nəbiyeva (1975)
Aydın Pənahov (1977, Bakı sakini)
Qızxanım Tomayeva (1962)
Kənan Məmmədov (2008)
Fəxriyyə Novruzova (1978)
Arif Bağırov (1966)
Qəzada xəsarət alan şəxslər:
Şahniyar Pənahova (1975, Bakı sakini)
Kamran Məmmədov (1969)
Nərmin Əliyeva (2004)
Məcid Qəribov (1995)
Bəkinaz Gözəlova (1970)
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, müvafiq araşdırmalar davam etdirilir.
Məlumat üçün bildirək ki, vəfat edən və xəsarət alan şəxslərin əksəriyyəti Ağstafa rayon Muğanlı kənd sakinləridir. Qəza "Mercedes Sprinter" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib.
***
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Stoöpnarkotik.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində yeddi nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.