Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən uşaq travmatizminin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.
Stopnarkotik.az xəbər verir ki, belə tədbirlərdən biri də Şəmkir rayonu, Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləri ilə keçirilib. Balacalar yol polisi forması geyinərək şərti xidmət ediblər və onlar DYP əməkdaşlarının iş şəraiti ilə tanış olublar.
Polis əməkdaşlarının nəzarəti ilə uşaqlara əyani formada yollardan və səkilərdən istifadə qaydaları göstərilib, yol nişanları barədə ətraflı məlumatlar verilib. Uşaqlar sürücü və piyadaları dayandırıb, onlara yollarda ehtiyatlı olmağı xatırladıblar.
Stopnarkotik.az