Şəmkir rayonunda həmkəndlilər arasında mübahisə düşüb, üç nəfər xəsarət alıb.
Morul kəndində M.Mayılovla həmkəndliləri - Y.Sadıqov və N.Zeynalova arasında yaranmış mübahisə zəminində tərəflər bir-birinə xəsarət yetirib.
Hər üçü xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.