Şəmkirdə iki nəfər qidadan zəhərləndi

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində baş verib.

Kənd sakinləri 1968-ci il təvəllüdlü Arzuman Məmmədzadə və onun həyat yoldaşı Mayisə Bayramova yaşadıqları ünvanda pomidor turşusundan zəhərləniblər.

Hər iki şəxs Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.