Şəmkirdə həmkəndlisini döyən 11-ci sinif şagirdinə 1 il həbs cəzası verildi

Şəmkirdə 11-ci sinif şagirdi həbs edilib.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, yeniyetmə Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindəki qəbiristanlıqda həmkəndlisini xüsusi amansızlıqla döyməkdə təqsirləndirilib.

Təqsirləndirilən şəxs mübahisə nəticəsində həmkəndlisini döyərək, onun alın sümüyünü sındırıb.

Faktla bağlı cinayət işi başlanıb, yeniyetmə saxlanılıb.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il azadlıqdan məhrum edilib. O, cəzasını Penitensiar Xidmətin uşaq tərbiyə müəssisəsində çəkəcək.