Şəmkirdə "Ford" minik maşını ilə toqquşdu: Ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük maşını ilə "Lada Priora" markalı minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirililir