Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Məlumata görə, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu "Opel" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.