Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Taleh Əlimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, Aşağı Layısqı kəndində onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən, çəkisi 20 kiloqram olan 44 ədəd çətənə kolu aşkarlanıb. T.Əlimov narkotik tərkibli bitkiləri aprel ayında qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs çətənə kollarının kənardan görünməməsi üçün ətrafında bostan bitkiləri də becərib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Əlimov barəsində həbs qətimkan tədbiri seçilib.