Şəki Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı oldu - FOTOLAR / YENİLƏNİB

Bu gün Şəki şəhərində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktiki konfransda  baş prokurorun müavini Heydər Məmmədov istifadəyə verilmiş Şəki rayon prokurorluğunun yeni inzibati binası barədə danışıb. 

Baş Prokurorluqdan Stopnarkotik.az-a verilən xəbərə görə, baş prokurorun müavini bildirib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunub. Prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya kommunikasiya Sisteminin quraşdırılması təmin edilib,  bunun üçün bina ən müasir avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki chazlarla ilə təchiz olunub.  

Eyni zamanda vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələxsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılıb. Bundan əlavə əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr,  hətta idman zalı da istifadəyə verilib.

***11:25

Şəki rayon prokurorluğunun avqustun 27-də yeni inzibati binası istifadəyə verilib.

Stopnarkotik.az xəbər verir ki, açılış mərasimində Baş prokuroru Kamran Əliyev iştirak edib.

Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb.

Tədbiri giriş sözü ilə açan Kamran Əliyev qeyd edib ki, milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.

Bildirilib ki, Şəki rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə təsadüf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.

Daha sonra iştirakçılar Şəki rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.

Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni xidməti avtomobillərə baxış keçirib.

Baş prokuror Şəki prokurorluğunun yeni binasının açılışında iştirak edib

Baş prokuror Şəki prokurorluğunun yeni binasının açılışında iştirak edib