Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə Çılpaqlı qəsəbə 4 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin istifadəsinin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərli təsirlər barədə ətraflı məlumat veriblər.
Həmçinin erkən nikah və dini radikalizmin fəsadları ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Görüşdə daxili işlər orqanlarında xidmət etmək arzusunda olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı da ətraflı məlumatlar verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə çıxışlar edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

