Şabran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin 4 yol adlanan ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir ailənin üç üzvü - Məmmədova Nuray Nicat qızı, Məmmədova Yağmur Nicat qızı və Novruzova Gülayə Novruz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.