Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib.
67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.