Siqaret təkcə ağciyərləri deyil, saçları da sürətlə qocaldır

Siqaretin sağlamlığa ziyanı yeni bir tədqiqatla daha da təsdiqləndi.

"İndian Dermatology Online Journal"-da dərc olunan araşdırma göstərib ki, siqaret çəkənlərin təxminən 50%-i 30 yaşına çatmadan saçlarında ağarma görüb. Mütəxəssislər bildirirlər ki, siqaret çəkənlərdə erkən saçağarma riski siqaret çəkməyənlərlə müqayisədə 2,5 dəfə yüksəkdir — hətta ildə cəmi bir siqaret çəkənlərdə belə.

Araşdırmaya görə:

Nikotinin təsiri ilə baş dərisinin qan dövranı zəifləyir,

Folikulların DNT-si zədələnir,

Saçların böyümə qabiliyyəti azalır və tökülmə sürətlənir.

Bu, həm də qadınlara aiddir: siqaret hormonal balansı pozduğu üçün qadınlarda saçtökülməsi daha tez və daha intensiv şəkildə müşahidə olunur.

Həkimlər bildirirlər ki, siqareti tərgitmək ümumi sağlamlıq üçün faydalıdır, lakin saçların sürətlə bərpa olunacağına dair elmi sübut yoxdur. Bununla belə, siqaretin orqanizm üçün yaratdığı risklər ciddi olaraq qalır — ağciyər xərçəngi, ürək-damar problemi və onlarla başqa xəstəlik.