Sinqapurda qadın narkotikə görə edam edildi

Sinqapurda təxminən 20 il ərzində ilk dəfə bir qadın edam edilib. 45 yaşlı sinqapurlu Saridevi Camani 30 qram heroin qaçaqmalçılığında təqsirli bilinib.

Stopnarkotik.az xəbər verir ki, o, 2022-ci ilin martından bəri son üç gündə narkotik ittihamı üzrə edam edilən ikinci məhkumdur. Sinqapurda dünyanın ən sərt narkotik qanunları var və hüquq sferasının mənsublarının  fikrincə, bu qanunlar cəmiyyəti qorumaq üçün lazımdır. Edam edilən üç məhkumdan biri olan Əziz 50 qram heroin qaçaqmalçılığına görə məhkum edilib. Sinqapur qanunlarına görə, 15 qramdan çox heroin və 500 qramdan çox marixuana ticarəti ölümlə cəzalandırıla bilər. Amma bu məsələyə Qərbin münasibəti fərqlidir. BBC Narkotiklərlə Mübarizə üzrə Mərkəzi Büro (CNB) ilə əlaqə saxlayan zaman qurum Saridevi Camani işi ilə bağlı şərh verməkdən imtina edib. Britaniyalı milyarder ser Riçard Branson Sinqapuru edamlara görə tənqid edərək deyib ki, ölüm hökmü cinayətkarlar üçün çəkindirici faktor deyil.

Sinqapur rəsmiləri deyirlər ki, sərt anti-narkotik qanunları ölkənin dünyanın ən təhlükəsiz yerlərindən biri olaraq qalmasına kömək edir və narkotiklə əlaqəli cinayətlərə görə ölüm cəzası geniş ictimaiyyət tərəfindən dəstəklənir. “Amnesty International”dan Kiara Sanciorcio isə, “Ölüm cəzasının unikal çəkindirici təsiri və ya narkotiklərin istifadəsi və mövcudluğuna hər hansı təsir göstərdiyinə dair heç bir sübut yoxdur”, deyə təmsil etdiyi qurumun münasibətini ortaya qoyub. Belə bir təəssürat yaranır ki, bəzi beynəlxalq təşkilatlar hüquqi qoruma adı altında narkotik satıcılarının cəzalandırılmasının qarşısını almağa çalışırlar, amma nəticə də göz qabağındadır.

Stopnarkotik.az