Sinaloa kartelinin keçmiş qurucu lideri dünən Nyu York məhkəməsində günahını etiraf edib.
Stopnarkotik.az xəbər verir ki, Meksika tarixinin ən bədnam narkobaronlarından biri “El Mayo” ləqəbli İsmael Zambada rəsmi olaraq günahını etiraf edib. İndi onu ömürlük həbs və sərvətinə bərabər olan 15 milyard dollarlıq cərimə gözləyir.
“El Mayo” məhkəməyə verdiyi ifadəsində bunları deyib:
"19 yaşımda narkotik alverinə başladım, bu əvvəl marixuana, sonra kokain oldu. Mən cinayət şəbəkəsi yaratdım və ona rəhbərlik etdim. Bu, Sinaloa Karteli adlanırdı. Karyeram ərzində mən 1,5 milyon kiloqram kokain (1500 ton) ötürdüm və onun böyük hissəsi ABŞ-a getdi".
O, sözünü, "Bütün bunlara görə məsuliyyət daşıyıram və hərəkətlərimin zərər verdiyi hər kəsdən üzr istəyirəm", deyə yekunlaşdırıb.
Stopnarkotik.az