Şimali Koreyalı diplomat ölkədən qaçdı

Şimali Koreyanın Kubadakı səfirliyində işləyən yüksək səviyyəli diplomat keçən il ailəsi ilə birlikdə Cənubi Koreyaya qaçıb. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hadisənin təfərrüatları yalnız indi, diplomatın media ilə əlaqə saxlamasından sonra məlum olub.

Ri İl-Gyu Kubada 9 il işləyib, lakin 2023-cü ilin noyabrında qəfildən vəzifəsini tərk edib. Xarici İşlər Nazirliyindəki korrupsiya, eləcə də hakimiyyətin onun müalicə üçün Meksikaya səfər etmək xahişini rədd etməsi faktı onu qaçmağa sövq edib.