Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra bir sıra gizli hərbi sənədlər və faktlar üzə çıxdı.
Stopnarkotik.az “Washington Post”a istinadən xəbər verir ki, bunlardan biri də HƏMAS terrorçularında müxtəlif ölkələrdə, o cümlədən Şimali Koreyada istehsal olunan silahların aşkarlanmasıdır. Söhbət Şimali Koreyanın F-7 reaktiv yaylım atəşi sistemlərindən gedir.
Qeyd edək ki, Pxenyan HƏMAS-a silah tədarükünü rədd edir.
Stopnarkotik.az