Silahlı şəxslərin Konqonun şərqindəki İturi əyalətində kəndə hücumu nəticəsində azı 18 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Bu barədə “Reuters” İrumu ərazisinin administratoru, polkovnik Jan Siro Simba Bungaya istinadla məlumat yayıb.
Hücumun baş verdiyi İrumu ərazisinin administratoru, polkovnik Jan Siro Simba Bunga hücum edənlərin cəsədlərdən 3-nü yandırdığını deyib.
O, “lazımsız ölümlərdə” yerli milis qüvvələrini günahlandırıb.