Sifariş verdiyi "ayıq sürücü" sərxoş çıxdı, DYP avtomobili apardı - VİDEO

Paytaxt sakinin başına maraqlı hadisə gəlib. O, içkili olduğu üçün ayıq sürücü çağırıb. Ancaq, çağırdığı ayıq sürücünün özünə ayıq sürücü lazım olub.

Tural Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, sürücünün içkili olması səbəbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil duracağa aparılıb.

Paytaxt sakini bildirib ki, hazırda avtomobilə tətbiq edilən cərimənin üzərinə hər gün faiz gəlir.

Məsələ ilə əlaqədar sözügedən şirkətn bildirildi ki, müştərini aparan sürücü həmin şirkətdə xidmət göstərmir. Belə ki, şirkətin müştəriyə təyin etdiyi sürücü Samir Kərimov adlı şəxs, iyun ayının 22-si yerinə Fərid adlı dostunu göndərib.

“Avtomobilə yazılmış cərimənin məsuliyyəti Samir Kərimovun üzərinə düşür. Onunla isə əlaqə saxlaya bilmirik. Qayda pozan sürücünün məlumatları mövcud olsa da, avtomobil sahibi bunu qəbul etmir”,- deyə şirkətin nümayəndəsi bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: