ABŞ-ın Yeni Orlean ştatının şəhər şurasının iclasında polis qərargahının acınacaqlı vəziyyəti ilə bağlı dinləmədə Polis Departamentinin komandiri Enn Kirkpatrik siçanların şöbənin dəlil otağında narkotikləri yediyini söyləyib.
Stopnarkotik.az bildirir ki, polis rəisi Kirkpatrik şuranın Cinayət Ədliyyə Komitəsinə bir dinləmədə "Sıçanlar marixuananımızı yeyir. Onların kefi kökdür" deyə açıqlama verib.
Kirkpatrik, "bu hal təkcə polis qərargahında yoxdur. Bütün rayonlara aiddir. Natəmizlik hər yerdə baş alb gedir” deyə bildirib.
Tədqiqatlar göstərir ki, siçovullar marixuana tüstüsü və buxarına insanlar kimi reaksiya verirlər, xam marixuananın tərkibində isə demək olar ki, heç bir aktiv THC (Tetrahidrokannabinol) yoxdur. Xam marixuananın tərkibində psixoaktiv olmayan THC-A var və psixoaktiv vəziyyətə gəlmək üçün xam marixuana dekarboksilləşmə prosesindən keçməlidir.
Digər ümumi kannabis məhsullarının tərkibində aktiv THC var, o cümlədən, yeməklər, dəmləmələr və bəzi konsentratların da tərkibində THC var və bu siçovullarda həzz hissini yarada bilər. Araşdırmalar göstərir ki, THC gəmiriciləri daha ləng edir və dişi siçovullarda stressi azalda bilər.
Stopnarkotik.az