Tanışına ödəmə terminalı vasitəsilə pul göndərmək istədi, səhvən başqasının kart hesabına getdi...
Belə bir hadisə Sabuçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Vahid Kərimovun başına gəlib. O diqqətsizlik ucbatından 350 manat pulu başqasının kartına göndərib.
Vətəndaş ödəmə terminalının aid olduğu şirkətlə də danışıb. Amma onlardan da pulun qaytarılması ilə bağlı müsbət rəy ala bilməyib.
Əlacsız qalan sakin polisə müraciət edib
Azərbaycan Banklar Asossiyasiyasından isə bildirildi ki, səhvən başqasının kartına pul göndərən şəxs ilk növbədə öz bankına müraciət etməlidir.
Bank da səhvən göndərilən kartın hansı banka aid olduğunu müəyyənləşdirməli və müştəriyə problemi həll etməkdə dəstək olmalıdır. Lakin bank bu dəstəyi göstərməyə də bilər. Çünki qanunvericilikdə belə müddəa yoxdur. Yəni kiminsə kartına səhvən pul göndərsəniz bunu geri almağınız müşkül məsələdir. Çünki bankın pulu sizə geri qaytarmaq kimi bir öhdəliyi mövcud deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.