Hondurasda şəhər meri bazar günü narkotik kartelləriylə birgə qayıq və təyyarə ilə ABŞ-a 90 ton kokain keçirməkdə ittiham olunaraq həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, söhbət Nikaraqua ilə həmsərhəd olan ucqar Mosquitia bölgəsindəki Brus Laquna şəhərinin meri Vilmer Manolo Vuddan gedir. Mer nəzarətə götürülüb. O, üç kartellə - Los Pininqos, Los Yanez və Los Amador – işbirliyində ittiham olunur.
Üç kartellə işbirliyindən başqa, Vud şəxsən 30 ton kokain alıb və ABŞ-a daşınması üçün Hondurasdan keçirib. Rəsmi orqanlar hesab edir ki, hələ Vud 15 il əvvəl narkotik alverinə başlayıb və səkkiz il əvvəl narkotik ötürmə əməliyyatlarını sərbəst yürütməyə başlayıb.
Dövlət nazirliyi açıqlayıb ki, Vud Kolumbiyadan gələn və ABŞ-a gedərkən Hondurasdan keçən 15 narkotik yüklü qayığın sahilə çıxıb lövbər atmasında iştirak edib.
Stopnarkotik.az