Dekabrın 30-da Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın bizlərə əmanəti olan övladları üçün bayram tədbiri təşkil edilib.
Stopnarkotik.az xəbər verir ki, müxtəlif səhnəciklərin bərabərində milli sirk nömrələri nümayiş olunub, maraqlı və əyləncəli proqramlar keçirilib, bayram hədiyyələri təqdim edilib.
Şam ağacı ətrafına toplaşan iştirakçılar Yeni ilin simvolu olan Şaxta baba, Qar qız və müxtəlif cizgi film personajları ilə birgə əyləniblər.
Sonda vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən mahnılar səsləndirilib.
Keçirilmiş tədbirdə göstərilən isti münasibət, xoş əhval-ruhiyyə şəhidlərimizin yadigarlarında unudulmaz təəssüratlar yaradıb.
Stopnarkotik.az