Perunun koka istehsalı ilə tanınan bölgəsində baş verən qarşıdurmada ən azı dörd əsgər və "İşıqlı Yol" narkotik qaçaqmal qruplaşmasının iki üzvü olduğu ehtimal edilən iki nəfər həlak olub.
Stopnarkotik.az xəbər verir ki, Peru ordusu bazar ertəsi verdiyi açıqlamada Huanta əyalətində bir qrup əsgərin səhər tezdən qiyamçılar tərəfindən hücuma məruz qaldığını bildirib. Hadisə ispan dilində VRAEM qısaltması ilə tanınan Apurímak, Ene və Mantaro çaylarının vadisində baş verib. VRAEM bölgəsi kokain istehsalı mərkəzi kimi məşhurlaşıb. Hökumətin 2021-ci il hesabatında, əvvəlki il ərzində ölkənin ümumi koka yarpağı istehsalının 69,3 faizinin vadidən gəldiyi təxmin edilir.
Stopnarkotik.az