“Ata Prokop” kimi tanınan ukraynalı bloger, idmançı İqor Prokopenko cəbhədə həlak olub.
Ölüm xəbərini onun bacısı, eləcə də dostları yayıblar.
Onun avqustun 2-də Xarkov istiqamətində ilk döyüş tapşırığı zamanı həlak olduğunu bildiriblər. Prokopenkonun 2,5 aya yaxın xidmət etdiyi deyilir.
Əvvəllər “Ata Prokop” öz videolarında səfərbərlik əvəzinə həbsxanada xidmət etməyə çağırış edib. O bəyan edib ki, yayınmaq daha şərəfli olardı, çünki dövlətə tabe olmaq istəməyənlər həbsxanada “normal qarşılanacaqlar”. O, cəbhədə kimin üçün döyüşmək məcburiyyətində qaldıqlarının aydın olmadığını söyləyib.
Lakin sonradan özü də səfərbər edilib və xidmətdən videolar yayımlanıb./publika.az