27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin məhkəməsi hələlik təşkil olunmayıb.
Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayeşi bu gün (10 oktyabr) Tehranda keçirilən mətbuat brifinqində deyib.
M.Setayeşinin sözlərinə görə, təbii ki, məhkəmənin keçirilmədiyinə görə hələlik hər hansı hökm verilməyib.
O əlavə edib ki, bu cinayət işində araşdırma mərhələsi davam edir.
Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb./trend