Meksikada etirazçılar prezident sarayına basqın edib və təhlükəsizlik qüvvələri ilə toqquşublar. Stopnarkotik.az bu barədə "The Washington Post" qəzetinə istinadla məlumat verir.
Məlumata görə, yüksək vəzifəli müxalifət nümayəndələri onlara qoşulub. Prezident Şeynbaumun əleyhdarları noyabr ayında Ölülər Günü şənlikləri zamanı Uruapan meri Karlos Mansonun ölümünə səbəb olan hökumət korrupsiyasına və narkotik kartellərinə etiraz edirlər. Etirazçılar "Şeynbaum narko-prezidentdir" şüarları səsləndirirlər.
Stopnarkotik.az