Serdar Ortaçdan ÜZÜCÜ XƏBƏR

Türkiyəli məşhur müğənni Serdar Ortaç şou-biznes aləminin ən çox danışılan adları sırasındadır. 2014-cü ildə evləndiyi irlandiyalı model Xloye Lounanla 2019-cu ildə boşanan Ortaç dağınıq skleroz xəstəliyi ilə mübarizə aparır.

53 yaşlı müğənni xəstəliyinin müalicəsi olmadığını bildirib.

“Ayaqqabılarımı təkbaşına çıxarmaqda belə çətinlik çəkirəm. Üç dəfə tutuşmuşam, dördüncü tutma olsa, bu təhlükəli vəziyyət olacaq. Ayağımı itirmək riskim var. Baxaq, inşallah, heç nə olmaz”, - deyə o vəziyyəti barədə danışıb.

Ortaç hazırda depressiyada olduğunu vurğulayıb:

“Buna səbəb eşq acısı və ya boşanmağım deyil. Yeganə səbəb xəstəliyimdir. Atamı və qardaşımı itirdim, pandemiyadan sonra mənim üçün çox pis oldu. Mənə milyonlar versəniz, fərq etməz, paltarımı 300 dəfə geyinərəm, heç vecimə də olmaz. İnsan xəstələnəndə çox şeyin əhəmiyyəti qalmır. Təsəvvür edin, artıq velosiped də sürə bilmirəm. Bu vəziyyət məni sıxır”.

Məşhur müğənni hazırda həyatında heç kimin olmadığını vurğulayıb.

“Xüsusən də uşaq atası olmaq üçün çox gecikmişəm. Hər şeyi Allah bilir, görəcəyik. Uşaq sahibi olmaq istərdim”, - deyə o arzusunu dilə gətirib.//Oxu.az