"Seçkidə uduzsam, ölkə qan gölünə dönəcək" - TRAMP

“Vaşinqtonda bir döyüşçü olacaq. Prezident seçkiləri ABŞ tarixinin ən əhəmiyyətli hadisəsidir. Noyabrda keçiriləcək seçkidə uduzsam, ölkə qan gölünə dönəcək".

Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ohayoda keçirilən mitinqdə danışarkən deyib.

Tramp növbəti dəfə nasistlərin lideri Adolf Hitlerdən sitatlar gətirib.

Tramp Hitlerin: “ölkənin qanını zəhərləyirlər" cümləsindən istifadə edib və ABŞ-də cinayət törədən immiqrantları “heyvan” adlandırıb.

O, bu dəfə də Hitlerin:"ölkəni güclü et" şüarına bənzər “Amerikanı yenidən güclü et" şüarını dilə gətirib.