“Sədərək” ticarət mərkəzində güclü yanğın - YENİLƏNİB 2

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Əlavə məlumat veriləcək.

***13.54

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

*** 13.30

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən verilən xəbərə görə, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.