Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək.
Stopnarkotik.az xəbər verir ki, bunu gələn ilin büdcə zərfinin parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, əlillik statusu əlillərə verilməlidir:
“Amma saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadəyə yol verilməməlidir və bu cəhdin qarşısı alınacaq”.
Nazir həmçinin Azərbaycanda bütün xəstəxanaların adekvat işləmədiyinə inanmadığını bildirib.