Gürcüstanın qərbində saxta narkotik testi arayışı verən iki nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyi paylaşıb. Nazirliyin istintaq xidmətinin məlumatına görə, təqsirləndirilən şəxslərdən biri pul müqabilində saxta arayışlar verib, ikincisi isə vəzifə səlahiyyətlərindən istifadə edərək dələduzluğu ört-basdır edib.
Həbs olunanları iki ildən dörd ilə qədər həbs gözləyir.
Stopnarkotik.az