Sankt-Peterburqda kokain yükü müsadirə olundu

Sankt-Peterburqun “Bolşoy port” limanında Ekvadordan gələn külli  miqdarda kokain yükü aşkar edilib.

Sankt-Peterburq milisi və Rusiya Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsi Baltik Gömrüyünün Narkotik Qaçaqmalçılığı ilə Mübarizə İdarəsi ilə birgə Ekvador gəmisində gətirilmiş 61 kiloqramdan çox kokain ələ keçirib.

Polis əməkdaşları konteynerlərdən birinə baxış keçirərkən içərisində 50 briket ağ toz halında olan maddə olan gizlənmə yerləri aşkar ediblər.

Bağlamalardan biri ekspertizaya göndərilib və orada bir kiloqramdan çox kokain olduğu təsdiqlənib. 

Hazırda cinayətin törədilməsində iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin dördüncü hissəsinin “b” bəndi ilə cinayət işi açılıb.

61 kiloqram kokain 50 briketdə banan qablarının gizli bölmələrində gizlədilib. Əlbəttə ki, bu, keçən ilki tonlarla kokainlə çətin müqayisə oluna bilər. Çünki ötən ilki kokain yükü bu dəfəkindən dəfələrlə çox olub. Lakin bu dəfəki müsadirə onu göstərir ki, narkotrafik marşrutu işləməyə davam edir. 

Stopnarkotik.az