Samvel Şahramanyanın mühafizəçisi narkotikə görə həbs edildi

Separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan həbs edilib. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib. 

Danielyan narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinir. 

Faktla bağlı cinayət işi başlanıb.