Samuxda 3,8 ton çətənə bitkisi yandırılaraq məhv edildi - FOTOLAR

Samux rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, ümumi çəkisi 3 ton 800 kq olan 6215 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Bir ot və ağac şəkili ola bilər

Bir alov və ağac şəkili ola bilər