Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4950 ədəd çətənə bitkisi aşkarlanıb.
Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilir ki, həmin bitkilər toplanılaraq məhv edilib.