Şamaxıda AĞIR QƏZA: tələbə qız faciəli şəkildə həlak oldu - FOTO

Avqustun 13-də Şamaxıda ağır yol qəzası baş verib. Nəticədə 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən həyatını itirib. Mərhum Qərbi Kaspi Universitetinin III kurs İnformasiya texnologiyaları ixtisasında təhsil alırdı.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Qeyd edək ki, sözügedən qəza saat 12 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin,  23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.