Şamaxı sakini zəhərlənmə nəticəsində xəstəxanada ölüb

Şamaxı sakini naməlum səbəbdən zəhərlənmə ilə xəstəxanada vəfat edib.

APA-nin Şirvan bürosu xəbər verir ki, bu gün 2016-ci il təvəllüdlü Şamaxı sakini Cəbrayıllı Maksud İman oğlu ağır zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.