Salyanda itkin düşən oğlanın meyiti kanalda tapıldı

Salyanda kanalda kişi meyiti tapılıb.

Meyit rayonun Yenikənd kəndi ərazisində kanalda aşkar edilib.

Məlum olub ki, meyit kənd sakini 2006-cı il təvəllüdlü Əhməd Ramil oğlu Dadaşzadəyə məxsusdur. Sözügedən şəxs sentyabrın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 

19 yaşlı oğlanın meyiti müayinə olunmaq üçün Salyan Rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Fakt araşdırılır./"unikal"