Salyanda ağır qəza - 1 ÖLÜ, 2 YARALI

Salyanda yol-nəqliyyat hadisəsi olub.

Stopnarkotik.az xəbər verir ki, avtoqəza rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” və VAZ-2107 markalı avtomobillər toqquşub.

Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb.

Digər iki sərnişin - 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.