Sakinlər təhlükədə... - Yeni tikilən binanın bünövrəsi çökür... / VİDEO

Yeni tikilən binanın bünövrəsi karroziyaya uğrayır.

Stopnarkotik.az Xəzər TV-yə istinadən xəbər verir ki, bura Xətai rayonu, Ceyhun Həsənov küçəsi 81 ünvanında "Qayğı" mənzil-tikinti kooperativi tərəfindən inşa edilən binanın qarajıdır.

Sakinlər deyir ki, bir neçə il əvvəl tikilərək sakinlərin istifadəsinə verilən binada təxminən 50 ailə yaşayır. Digərləri də yaşamaq üçün təmirə başlayıblar. Amma binanın qarajını son aylarda su basıb.

Zirzəmidə daimi qurunt suları olduğundan divarlar nəmişlik içindədir. Sahibsiz və ya hələ təmir olunmamış evlərin pəncərələri də sakinlər üçün bir başqa təhlükədən xəbər verir. 

"Çəkiliş apardığımızı görən kimi MTK-nümayəndələri qrunt sularını xüsusi nasoslarla kanalizasiya quyusuna vurublar."

Məsələ ilə bağlı "Qayğı" mənzil-tikinti kooperativinin ofisinə getdik. Şirkətin mühənddisi Seyfəddin Qaralov bildirdi ki, qarajdakı kanalizasiya suyudur və onun qarşısının alınması istiqamətində iş görülür.

"Fövqəladə Hallar Nazirliyi də təhlükə saçan bina barədə açıqlama verib."

Bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan isə bildirilib ki, bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə "Qayğı" mənzil-tikinti kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilib və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir.

Qeyd olunan MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.